Xəbər lenti

Masallıda biabırçı hadisə
Ölkə11:49 03.12.2013

Masallıda biabırçı hadisə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İcra nümayəndəsi bir arayışdan ötrü vətəndaşı pulsuz fəhlə işləməyə məcbur edib

Regionlarda məmur özbaşınalığı pik həddə çatıb. Kiçik ranqlı məmurlar belə vətəndaşlarla qul kimi rəftar edir, onlara təhkimli kəndli psixologiyası ilə yanaşırlar. 

Jam.az xeberci.org-a istinadən xəbər verir ki, Masallının Qızılağac kəndindən şikayət ünvanlayan Cavanşir Eynullayev ailəsini kasıbçılıqla dolandırır. Cavanşir kənddə fəhləlik, və motoskletlə taksi kimi fəailiyyəti göstərir. 

Vəziyyəti, dolanışığı ağır olduğundan dövlətdən yardım almaq istəyib, amma əvəzində nə yardım alıb , üstəlik pulsuz fəhləlik edərək aldadılıb: "Mən Əmək və Əhalinin Sosial Müdafiəsi İdarəsinə mənə yardım verilməsi üçün Masallı rayonu Qızılağac kənd inzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Şamil Məmmədova arayış verməsini xahiş etdim. Şamil Məmmədov mənə bildirdi ki, kənd qəbristanlığında qadınların ehsan verməsi üçün yeni tikilən binanın inşasına 2 gün fəhlə kimi kömək etmək və binaya 2 kisə sement verəcəyim təqdirdə arayışı verəcək. Mən də onunla danışdığım kimi, o binada 2 gün təmənnasız fəhləlik etdim və 2 kisə sementi alıb ora verdim. Getdim Ş.Məmmədov mənə arayışı verdi. Arayışı Əmək və Əhalinin Sosial Müdafiəsi İdarəsinə təqdim edəndə bildirdilər ki, bu arayışla sənə yardım düşmür. Oradan birbaşa Ş.Məmmədovun yanına gəldim və bildirdim ki, 2 gün fəhləlik etmişəm onun haqqını istəmirəm, 2 kisə sementimin pulunu ver. O gündən it də gedib, ipdə. Ş. Məmmədov məni aldatdı". 

Əvvala onu bildirək ki, Şamil Məmmədov arayışı istənilən vətəndaşa təmannasız verməlidi. Bu kiçik məmur vətəndaşı ehsan tutulan binada havayı işlətməsi, üstəlik sement aldırmasını özünə savab qazanmaq kimi sayırsa, çox yanılır. Buna xalq arasında hamam suyu ilə özünə dost tutmaq deyilir. Üstəlik qanunları kobud surətdə pozmaq. 

Qaynar.info