Bu gün Masallı şəhərində 1955-ci il təvəllüdlü Vaqif Oruc oğlu Qurbanova məxsus evdə yanğın olub. Ümumi sahəsi 216 kv olan evin mansar (çardaq) hissəsindən başlayan alov əsasən evin 2-ci mərtəbəsini əhatə edib.
Qaynarinfo-nun məlumatına görə, yanan ev rayonun məşhur həkimi Vaqif Qurbanova məxsus olub.
Masallı Rayon Mərkəzi Xəstəxanasının həkimi, Baş terapevti, Tibb üzrə fəlsəfə doktoru (kardioloğiya), ABŞ Med Scape-in üzvü Qurbanov Vaqif Oruc oğlu saytımıza açıqlamasında sözügedən evi 35 ilə tikdiyi deyib:
"35 illik zəhmətim yandı. Yanğın baş verəndə evdə tək idim, yatmışdım. Birdə ayılıb gördüm ki, ev yanır, artıq divardan başqa heç nə qalmayıb. Yarım milyondan çox ziyan dəyib. Bütün sənədlərimiz, qızıllarımız və evdə lazım olan hər şey yandı".
Həkim yanğının nədən baş verməsini açıqlamasa da, hadisədən ciddi sarsıntı keçirdiyini bildirib.
Əhməd
Şərhlər