XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Masazırda 4 avtomobil yanıb kül oldu (VİDEO)
Video10:35 10.10.2026

Masazırda 4 avtomobil yanıb kül oldu (VİDEO)

Abşeron rayonunun Masazır qəsəbəsində dörd avtomobil yanıb.

"Report"un məlumatına görə, hadisə Yeni Bakı yaşayış massivində qeydə alınıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikaları cəlb olunub.

Yanğın qısa müddətdə söndürülüb.

Hadisənin başvermə səbəbi və digər təfərrüatlar dəqiqləşdirilir.