Xəbər lenti

Masazırda ev partladı: xəsarət alanlar var
Ölkə05:31 12.12.2013

Masazırda ev partladı: xəsarət alanlar var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Yanğın zamanı evdə 3 nəfər yanıq xəsarətləri ilə Təcili Tibbi Yardım tərəfindən xəstəxanaya aparılıb

Abşeron rayonu, Masazır qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan birmərtəbəli 2 otaqlı evdə yanğınla nəticələnən partlayış hadisəsi baş verib. Qaynar.info-nun FHN-in saytına istinaən verdiyi məlumata görə, yanğın nəticəsində ev yanıb.

Partlayış zamanı evin plastik qapısı və pəncərələri qırılıb, divarlarda çatlar əmələ gəlib. Yanğın zamanı evdə 3 nəfər yanıq xəsarətləri ilə Təcili Tibbi Yardım tərəfindən xəstəxanaya aparılıb.

Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. Yanğın saat 03:36-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Qaynar.info