
Ötən gün səhər saatlarında dünyasını dəyişən Azərbaycanın əməkdar artisti Məhəbbət Kazımov dəfn edilir.
Ans press-in dəfndə iştirak edən əməkdaşının verdiyi məlumata görə, sənətçi ilə vida mərasimi bu gün öz yaşadığı evdə keçirilib. Mərasimə sənətçinin bir çox dostları və həmkarları qatılıblar.
Daha sonra M.Kazımovun cənazəsi Xırdalan qəbristanlığında dəfn edilmək üçün adıçəkilən şəhərə aparılır. Mərasimdə müğənninin "Laçınım" mahnısı səsələndirilir.
Qeyd edək ki, mərhumun oğlu Rəşid Kazımov atasının şəkər xəstəliyindən əziyyət çəkdiyini deyib. "Qripə yoluxmuşdu. Bu xəstəlik atama pis təsir etdi. Onun vəziyyətini ağırlaşdırdı".
Qaynar.info










