Ölkə 14:51 01.12.2023

Məhkəmə Nərgiz Absalamova barəsində qərar verdi

"Abzas Media” saytının əməkdaşı Nərgiz Absalamova həbs edilib.

"Qafqazinfo”nun məlumatına görə, bu barədə Xətai  Rayon Məhkəməsi qərar qəbul edib.

Qərara əsasən, qaçaqmalçılıqda ittiham olunan N.Absalamova barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. 

Qeyd edək ki, bundan əvvəl sözügedən saytın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı və direktor müavini Məhəmməd Kekalov eyni ittihamla həbs ediliblər.