Xəbər lenti

Məkkəyə raket atıldı
Ölkə20:51 29.10.2016

Məkkəyə raket atıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Yəməndən atılan raket zərbəsi ilə Səudiyyə Ərəbistanının Məkkə şəhəri hədəfə alınıb.

Qaynarinfo.Az atv.az-a istinadən bildirir ki, bu barədə Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl-Cubeyr məlumat verib. Bildirilir ki, Husilərin nəzarətindəki bölgədən atılan mərmi Məkkə şəhərinə 65 kilometr qalmış havada zərərsizləşdirilib. Nazir, İslamın beşiyi sayılan müqəddəs şəhəri hədəfə aldıqlarına görə silahlıları və onlara dəstək verənləri sərt şəkildə tənqid edib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri Yəməndəki üsyançı Husi qruplarına qarşı hava əməliyyatları təşkil edir. Bu üzdən üsyançılar tez-tez Səudiyyə Ərəbistanının ərazisinə mərmilər atır.

Qaynarinfo.Az