İdman 18:08 24.03.2024

Məşhur futbolçu 16 illik həyat yoldaşından boşandı, uşaqlar onun deyilmiş

1999-2002-ci illərdə "Real"ın formasını geyinmiş Ceremi Njitap 16 ildir evli olduğu həyat yoldaşı Laurendən boşanamq qərarına gəlib.

Qaynarinfo-nun məlumatına görə, DNT testlərindən futbolçunun sonra iki uşağının bioloji atası olmadığı üzə çıxıb.  Testlərin nəticələrindən sonra o həyat yoldaşı ilə boşanma prosesinə başlayıb.

Cereminin uşaqlarının əsl atası isə arvadının münasibətdə olduğu keçmiş sevgilisidir. "Çelsi" və "Nyukasl" kimi klublarda da oynamış kamerunlu, 2008-ci ildə, evlənmədən dörd il əvvəl doğulan əkizlərin ona məxsus olmadığını öyrənib. Kamerun məhkəmə sənədlərinə görə , onun arvadı " alçaq davranışlarına görə evliliklərindəki harmoniyanı pozmaqda " günahlandırılır. Həmçinin arvadının illərlə yalan danışdığı və doğulan uşaqların Ceremiyə aid olmadığı qeyd edilib.

Məhkəmə hadisədən sonra keçmiş futbolçunun emosional şoka düşdüyü nəticəsinə gəlib.

Səbuhi Həsənov