Xəbər lenti

Məşhur məşqçi İngiltərə yığmasını çalışdırmaqdan imtina etdi
İdman 14:12 18.07.2024

Məşhur məşqçi İngiltərə yığmasını çalışdırmaqdan imtina etdi

İngiltərə yığmasının baş məşqçisi Qaret Sautqeyt AVRO-2024-ün finalında İspaniyaya uduzduqdan (1:2) sonra istefa verib. Futbol Assosiasiyası hazırda fəal şəkildə yeni məşqçi tapmağa çalışır.

Qaynarinfo jurnalist Florian Plettenberqə istinadən xəbər verir ki, namizədlər arasında təcrübəli alman mütəxəssis Yurgen Klopp da olub. Lakin o, İngiltərə yığmasına rəhbərlik etməkdən imtina edib.

"Liverpul" və "Borussiya Dortmund"un keçmiş məşqçisi peşəkar fəaliyyətinə fasilə verməkdə davam edir və yaxın gələcəkdə heç bir kluba və ya milli komandaya rəhbərlik etmək niyyətində deyil.

"The Teleqraf” qəzetinin məlumatına görə, "Tottenhem”inin baş məşqçisi Enc Postekoqlu İngiltərə millisinin boş qalan baş məşqçi postunun favoritlərindən biridir. Mənbənin sözlərinə görə, mütəxəssis keçmiş baş məşqçisi Qaret Sautqeyt öz istəyi ilə istefa ərizəsini təqdim etdikdən sonra o, bu vəzifəyə potensial namizədlərin qısa siyahısına salınıb. Postekoqlunun "Tottenhem”lə hazırkı müqaviləsi 2027-ci ilə qədərdir.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->