Xəbər lenti

Məşhur
Ekonomiks 12:04 17.05.2022

Məşhur "Moskviç" geri qayıdır (FOTO)

Fransanın "Renault" avtomobil şirkətinin Rusidakı zavodunu bağladıqdan sonra sovet dövrünün məşhur avtomobil markası "Moskviç" sürpriz bir dönüş etməyə hazırlaşır.

Qaynarinfo "Euronews"-a istinadla xəbər verir ki, Moskva meri Sergey Sobyanin "Renault"un paytaxtdakı avtomobil zavodunun "uzun və şərəfli tarixə” malik olduğunu bəyan edərək zavodu milliləşdirəcəklərini açıqlayıb.

"Zavodun əcnəbi sahibləri Moskvadakı "Renault" zavodunu bağlamaq qərarına gəliblər. Onların bunu etmək hüququ var, lakin biz minlərlə işçini işsiz qoya bilmərik", - Sobyanin öz bloqunda yazıb və əlavə edib ki, fabrik "Moskviç" minik avtomobillərinin istehsalı üçün yararlı hala gətiriləcək. 

"Moskviç" avtomobilləri zavodda sonuncu dəfə 20 il əvvəl istehsal edilib.

Sovet İttifaqının dağılmasından sonra zavod özəlləşdirildi və sonra müflis oldu.

Rusiyada hələ də 200 min "Moskviç” qeydiyyatdadır. Avtomobillərlə bağlı məlumatları təhlil edən "Autostat”ın məlumatına görə, onlardan 46 min ədədinin yaşı 36-dan yuxarıdır.
 


Sobyanin bildirir ki, fabrik ilk növbədə daxili yanma mühərrikli avtomobillər istehsal etməyə başlayacaq, daha sonra isə elektromobil istehsalına keçəcək.

Ölkənin daxili imkanlarında istifadə etməklə, daha çox ehtiyyat hissələri tapmaq üçün Rusiya Ticarət Nazirliyi ilə birgə çalışdıqlarını çalışdığını bildirən Sobyanin, rus traktor istehsalçısı "Kamaz"ın da zavodun əsas texnoloji tərəfdaşı kimi çıxış edəcəyini açıqlayıb.

"Kamaz" isə açıqlama verərək Moskva merinin fikrini dəstəklədiklərini, lakin texnoloji əməkdaşlıqla bağlı danışıqların hələ davam etdiyini və bu problemlər həll olunmayana qədər rəsmi açıqlama verməyəcəklərini bildiriblər.

"Autostat"ın Rusiya bölməsinin direktoru Sergey Tselikovun "Reuters"-ə açıqlamasına görə, sovet dövründən qalma brendin dirçəldilməsi və yeni avtomobilin istehsalına başlanması üçün ən azı 2 il zaman və 1 milyard ABŞ dolları yatırıma ehtiyac olacaq. "Əfsanəvi markanın yenidən dirçəldilməsi bəzi praktiki çətinliklərlə də üzləşə bilər" - o əlavə edib.

Ötən ilin sonlarında "Renault" avtomobil şirkəti də "Moskviç" markasını yenidən diriltməklə bağlı planlarını açıqlamış, hətta yeni modern modellərin şəkilləri də mətbuatda dərc olunmuşdu. Amma Rusiya-Ukrayna müharibəsinin başlaması ilə yaranan yeni situasiya şirkətin Rusiya bazarından çəkilməsi ilə nəticələndi. 
 
Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->