Xəbər lenti

Messi itini niyə Amerikaya aparmayıb? - Səbəbi açıqladılar
İdman 16:42 27.09.2023

Messi itini niyə Amerikaya aparmayıb? - Səbəbi açıqladılar

Argentinalı superulduz Messinin sevimli itinin niyə Amerikada olmadığı üzə çıxıb.

Qaynarinfo-nun məlumatına görə, Messi ailəsi 2016-cı ildə "Bordeaux Mastiff” cinsindən olan köpək balası alaraq ailəsinə qatıb. Superulduz "Hulk” adını verdiyi iti dünyaya tanıdarkən "Ailəmin yeni üzvü. Bu gözəl hədiyyə üçün təşəkkür edirəm, sevgilim" - demişdi. 

68 sm uzunluğa və 110 kiloqrama çəki alana qədər böyüyə bilən bu cinsdən ola iti Messi və Roccuzzo özləri ilə Floridaya apara bilməyiblər. Miq Qranados "OLGA”ya Messidən köpək dostunun harada olduğunu soruşduqda aldığı cavabı açıqlayıb: "Ondan o öküzün harada olduğunu soruşdum və mənə, "Hulk hazırda Barselonada qalır. O, bir az qocalıb. Bu səbəbdən onu öz evimizdə qoymalı olduq. Təəssüf ki, özümüzlə gətirə bilmədik” dedi" - sözlərini söyləyib.

Qranadosun verdiyi məlumata görə, Hulk canını tapşırmaq ərəfəsindədir, çünki onun ömrü cəmi 5-8 il idi. Sevimli itə hazırda Messinin "Camp Nou”dan təxminən 12 mil aralıda, Barselona ətrafındakı Castelldefelsdəki dəbdəbəli evində qulluqçular baxır. Messi və ailəsi PSJ-də olarkən sevimli itlərini görmək üçün Kataloniyaya rahat şəkildə gedə bilirdilər. Ancaq indi Amerikanın şərq sahillərindən 4600 mil uzaqda olduqları üçün iti tez-tez ziyarət etmək o qədər də asan deyil.
 
 

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->