Xəbər lenti

Metro 17 gün pulsuz olacaq
Ölkə09:10 10.06.2015

Metro 17 gün pulsuz olacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakı Metropolitenindən xoş xəbər. 

Metropolietnin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin anspress-ə verdiyi məlumata görə, son qərara əsasən Avropa Oyunlarında tamaşaçı qismində iştirak edən şəxslər həmin günə olan biletlərini və şəxsiyyət vəsiqələrini təqdim etməklə metrodan pulsuz istifadə edə biləcəklər.

Qeyd edək ki, daha öncə sadəcə açılış və bağlanış mərasimlərinin iştirakçıları bu hüquqdan istifadə edə bilərdilər.

I Avropa oyunlarının açılışı iyun ayının 12-də olacaq. Oyunlar 28 iyuna kimi davam edəcək. 

Bakı-2015-də 20 idman növü üzrə 6 min idmançı mübarizə aparacaq.

Qaynar.info