Xəbər lenti

Metrodan istifadə edənlər üçün şad xəbər (VİDEO)
Video 18:22 03.12.2023

Metrodan istifadə edənlər üçün şad xəbər (VİDEO)

Bundan sonra metroda "Bakıkart"la yanaşı, QR biletlərdən də istifadə etmək mümkün olacaq.

Bakı metropoliteni QR ödəniş üsulunun tətbiqinə başlayıb.

QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyir ki, ilin sonuna kimi tətbiq metronun 90% stansiyasında istifadədə olacaq. Sərnişin "Bakıkart" mobil tətbiqində QR bileti yaratmalı və turniketə yaxınlaşdırmalıdır. Bu üsulla da gedişhaqqı 40 qəpikdir.

Bəxtiyar Məmmədovun sözlərinə görə, hazırda bu sistem 2 stansiyada fəaliyyət göstərir. Bunlar "Xocasən" və "8 Noyabr"dır. Digər stansiyalarda isə bəzi turniketlərdə lazımi avadanlıqlar quraşdırılıb və texniki məsələlər tamamlanmaq üzrədir.

QR bilet yalnız bir gediş üçün etibarlı olacaq. Sərnişinlər qarşılaşdıqları çətinliklərlə bağlı *4343 və ya 141 çağrı mərkəzlərinə müraciət edə bilərlər.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->