Xəbər lenti

Millət vəkili “ASAN”da olub
Ölkə13:36 09.04.2013

Millət vəkili “ASAN”da olub

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Demokratik İslahatlar Partiyasının (DİP) sədri Asim Mollazadə Bakının Nəsimi və Nərimanov rayonlarının sakinlərinə xidmət edən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 1 saylı "ASAN xidmət" mərkəzinə baş çəkib.

Partiyanın mətbuat xidmətindən Qaynar.info-ya daxil olan məlumata görə, millət vəkili burada Mərkəzin fəaliyyəti və vətəndaşlara göstərilən xidmətlərlə yaxından tanış olub.

"ASAN xidmət" Mərkəzinin rəhbərliyi ilə söhbətində A. Mollazadə bildirib ki, qısa müddət ərzində əhali arasında rəğbət qazanan bu mərkəzdə ənənəvi vətəndaş-məmur problemi yoxdur: “"ASAN xidmət"in vətəndaşların puluna və vaxtına qənaət etməsi baxımından da önəmlidir. Mərkəzin müasir informasiya-kommunikasiya texnologiyalarının üstünlüklərindən istifadə etməsi “Elektron hökumət”in formalaşmasına və inkişafına töhfə vermək, şəffaflığı təmin etmək baxımından da müsbət addımdır”.

Qaynar.info