Xəbər lenti

Milli Şuradan mitinq XƏBƏRDARLIĞI
Ölkə07:55 17.08.2013

Milli Şuradan mitinq XƏBƏRDARLIĞI

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün ACP-nin qərargahında Milli Şuranın Mitinq Komitəsinin mətbuat konfransı keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, Mitinq Komitəsinin rəhbəri Asəf Quliyev bir həftə ərzində mitinqə görülən hazırlıq işləri haqqında məlumat verib. O qeyd edib ki, mitinqə üç istiqamətdə təbliğat aparılıb. Bunlardan birincisi, mitinqə sosial şəbəkələr vasitəsilə 60 min nəfərə dəvət edilib. KİV vasitəsilə və Milli Şura üzvlərinin xalqla təması yaradılıb. Mitinqə hazırlıq tam yüksək səviyyədədir.

Bundan əlavə BŞPİ-nin və Baş Prokurulogunun rəis müavini görüş ilə keçirilib: "Mitinqdə təhlükəsizliyin qorunması  ilə bağlı görüşlər keçirdik. Camaat rahat şəkildə meydana buraxılacaq. Bu il razılaşdırılıb ki, 10 yaşından yuxarı uşaqlar mitinqə girə biləcək. 10 yaşından aşağılar isə jurnalistlər üçün tikilən binanın parkında olacaq".

Quliyev marşrutların qrafikinin azaldılmasına da münasibət bildirib:

Əgər marşrutlar işləməsinə maneə yaradılsa, 28 May metrosundan Sahil metrosu da daxil olmaqla camaat rahat şəkildə yürüş edə biləcək. Səfirliklərlə əlaqə saxlanılıb ki,  həmin ərazilərdə camaatın mitinqə gəlməsini təmin etsinlər".

Qaynar.info