Xəbər lenti

Minaya düşən çoban barədə rəsmi məlumat
Ölkə09:29 10.07.2014

Minaya düşən çoban barədə rəsmi məlumat

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Daxili İşlər Nazirliyi dünən Ağdam rayonu Orta Qərvənd kəndinin ərazisində neytral zonada minaya düşən çoban barədə məlumat yayıb. 

Anspress-in nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Yevlax rayon sakini Mirzə Həmzəyev minalanmış sahəyə düşüb. Nəticədə mina partlayıb. Ağır yaralanan hərbi hospitala yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, M.Həmzəyev orada ölüb.

Qeyd edək ki, Mirzə Həmzəyev Yevlaxda çoban işləyir. O, Ağdamda çobanlıqla məşğul olan oğlunun yanına gəlibmiş. Ərazini yaxşı tanımadığı üçün neytral zonaya keçib və minaya düşüb. 

Qaynar.info