Xəbər lenti

Ölkə 14:30 23.04.2024

MM-də iki deputat arasında gərginlik: "Bu qanunun əleyhinə səs verəcəm"

Qeyd etdiyimiz kimi, bu gün Milli Məclisdə "Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində sün torpaq sahələrinin yaradılması haqqında" qanun layihəsinin müzakirəsi olub. Layihədə qeyd olub k, süni torpaq sahəsi yaradılandan sonra o dövlətin mülkiyyətinə keçir.

Qaynarinfo xəbər verir ki, bu maddə deputatların mübahisəsinə səbəb olub.

Deputat Qüdrət Həsənquliyev bildirib ki, bu süni yaradılır:

"Mən öz vəsaitim hesabına süni torpaq sahəsi, ada yaradıram. Burada məntiq haradadır ki, dövlət deyir sən yaratdığını mənim mülkiyyətimə verməlisən. Bu baxımdan həmin müddəa layihədən çıxarılmalıdır".

Deputat Tahir Mirkişili isə buna cavab olaraq bildirib ki, süni adalar su fondunun üzərində yaradıldığı üçün özəlləşdirilə bilməz, dövlətin hesabında olmalıdır: 

"Bu, dünyanın hər yerində belədir".

Qüdrət Həsənquliyev isə yenidən bu cavaba etiraz edib:  

"Hörmətli Tahir Mirkişili növbəti dəfə mənə uğursuz cavab verməyə cəhd etdi. Bir çox ölkələrdə adalar satışa çıxarılır. Nəyin ki, süni adalar, təbii adalar. İtaliyada Neapol şəhərində mənə göstərdilər ki, adanı bir nəfər alıb və orada mənzil tikib. Beynəlxalq təcrübəyə istinad edirsinizsə, onu diqqətlə öyrənmək lazımdır. Bu qanunun əleyhinə səs verəcəm".

Qafqaz Rafiqoğlu

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->