"Son zamanlar səfərbərlikdən xidmətə çağrılmış və Vətən müharibəsindən sonra tərxis edilmiş vətəndaşlarımızın bəziləri öz müraciətlərini sosial şəbəkələr vasitəsilə edirlər. Həmin müraciətlər anonim olduğundan biz onlara köməklik edə bilmirik”.
Qaynarinfo Report-a istinadən xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov deyib.
"Həmin şəxslərə bir daha xatırladırıq ki, onları narahat edən hər hansı məsələlərin həlli üçün Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzindəki komissiyaya yazılı və şifahi formada müraciət etmələri kifayət edir. Sosial şəbəkələrdə yayılan bu məlumatlar Müzəffər Azərbaycan Ordusunun nüfuzuna xələl gətirir. Eyni zamanda bu, düşmən dəyirmanına su tökmək deməkdir”, - deyə nazirlik rəsmisi bildirib.
<iframe width="853" height="480" src="https://www.youtube.com/embed/qxgkcXtTcZw" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen="">
Şərhlər