Xəbər lenti

Moskva meri iftar süfrəsi açacaq
Ölkə14:09 30.07.2013

Moskva meri iftar süfrəsi açacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Məqsəd paytaxt sakinlərini müsəlman adətləri və islam mədəniyyəti, ayrı-ayrı müsəlman ölkələrin mətbəxi ilə tanış etməkdir

Bu gün Moskvanın “Poklonnaya Qora” adlanan ərazisində müsəlmanlar üçün müqəddəs olan Ramazan ayı ilə əlaqədar Ramazan çadırı quraşdırılacaq. APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, belə bir tədbirin keçirilməsində məqsəd müsəlmanlar arasında dialoqun təşkil edilməsi, Moskva sakinlərini müsəlman adətləri və islam mədəniyyəti, ayrı-ayrı müsəlman ölkələrin mətbəxi ilə tanış etməkdir.

Tədbirlər çərçivəsində Azərbaycan, Türkiyə, Moskva vilayəti, Dağıstan, Tatarıstan və Rusiyanın bir neçə digər bölgələrin mədəniyyət günləri də təşkil olunacaq.

Ramazan çadırı Moskva şəhər müsəlmanlar dini idarəsi, Rusiya Müftilər Şurası və paytaxt rəhbərliyi tərəfindən təşkil olunub. Tədbirlərdə paytaxt rəhbərliyi, Rusiyada fəaliyyət göstərən dini konfessiyaların nümayəndələri iştirak edəcək. Ramazan çadırı iyulun 31-dən avqustun 7-dək açıq olacaq. Ziyarətçilər üçün giriş pulsuzdur.


Qaynar.info