Xəbər lenti

MSK-ya ilk iddiaçı ərizəsi göndərildi
Ölkə12:40 08.02.2018

MSK-ya ilk iddiaçı ərizəsi göndərildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
AĞ Partiyanın sədri Tural Abbaslının 11 apreldə keçiriləcək prezident seçkilərində namizədliyinin irəli sürülməsi barədə sənədləri fevralın 7-də Mərkəzi Seçki Komissiyasına təqdim edilib.
Bu barədə AĞ Partiyanın sədr müavini Əhəd Məmmədli musavat.com-a məlumat verib.
O, bildirib ki, namizədliyin irəli sürülməsi bu gündən başlayır: "Ona görə də MSK-ya Tural Abbaslının prezidentliyə namizədliyinin irəli sürməsi barədə ərizəsini və digər lazımi sənədləri MSK-ya göndərdik. Qanunun tələbinə görə, bundan sonra namizədə imza vərəqələri verilməlidir. 
Beləliklə, seçkilərdə MSK-ya namizədliyi üçün ilk müraciət edən Tural Abbaslı oldu”.
Qeyd edək ki, prezidentliyə namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin MSK-ya təqdim edilməsi fevralın 27-dən martın 12-dək davam edəcək.
Növbədənkənar prezident seçkilərində prezidentliyə namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin MSK-ya təqdim edilməsi səsvermə gününə ən çox 50 gün, ən azı 30 gün qalanadək, yəni 2018-ci il 27 fevraldan, 12 mart saat 18.00-dək davam edəcək.