Müavinət və təqaüdlərin də yaxın aylarda artırılması nəzərdə tutulur.
Qaynarinfo xəbər verir ki, bu haqda millət vəkili Vüqar Bayramov "Xəzər Xəbər"ə açıqlamasında deyib.
O bildirib ki, dövlət başçısının müvafiq sərəncamı ilə icra olunan yeni sosial islahat paketi çərçivəsində minimum pensiya artımı təmin edilib. Yaxın aylarda isə müavinət və təqaüdlər də artırılacaq.
Xezerxeber.az-ın məlumatına görə, millət vəkili bildirib ki, müavinət və təqaüdlərin nə qədər artırılacağı isə Nazirlər Kabinetinin təkliflərindən sonra məlum olacaq.
Qeyd edək ki, artım zamanı adətən orta illik inflyasiya göstəriciləri və ehtiyac meyarı nəzərə alınır.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər