Xəbər lenti

Müdafiə komitəsi bəyanat yaydı
Ölkə16:11 28.05.2013

Müdafiə komitəsi bəyanat yaydı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Tale Bağırzadənin Hüquqlarını Müdafiə Komitəsi bəyanatla çıxış edib. 
Qaynar.info-ya daxil olmuş bəyanatda bildirilir:
"Hüquqlarını müdafiə etdiyimiz vicdan məhbusu Tale Bağırzadə bu gün saxlandığı Bakı İstintaq Təcridxanasında cərimə kamerasına keçirilmişdir. Tale Bağırzadənin Hüquqlarını Müdafiə Komitəsi bu qanunsuzluğu qətiyyətlə pisləyir. Əminliklə bildiririk ki, Tale Bağırzadə cərimə kamerasına ictimaiyyətə və Avropa dövlətlərinə ünvanlanmış məktubuna görə cəzalandırılmaq məqsədilə keçirilmişdir. Bu isə Azərbaycan dövlətinin də qoşulduğu beynəlxalq penitensiar qaydalara, həmçinin milli qanunvericiliyə ziddir.
Komitə bəyan edir ki, Tale Bağırzadənin hakimiyyət əleyhinə fikirlərinə görə həbs olunması sonuncu qanunsuz addımla - onun cərimə kamerasına salınması faktı ilə bir daha təsdiqlənir. Azərbaycanın siyasi hakimiyyətinə müraciət edərək buna son qoymağa, Tale Bağırzadəni dərhal cərimə kamerasından çıxarmağa və insanların ifadə azadlığına hörmətlə yanaşmağa çağırırıq!
Müdafiə Komitəsi bildirir ki, Tale Bağırzadəyə qarşı atılan hər hansı qanunsuz addıma susğun yanaşmayacaqıq və Konstitusiyamızın yol verdiyi bütün etiraz formalarından istifadə edəcəyik!"
Qaynar.info