Xəbər lenti

Müdafiə Nazirliyi bəyanat yaydı: "Yalandı..."
Ölkə12:26 17.01.2015

Müdafiə Nazirliyi bəyanat yaydı: "Yalandı..."

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Müdafiə Nazirliyi Ermənistan KİV-nin iddialarına münasibət bildirib. 
Müdafiə Nazirliyindən Qaynar.info-ya bildirilib ki, Ermənistanın elektron kütləvi informasiya vasitələrinin guya Azərbaycan Silahlı Qüvvələrinin cəbhədə təxribat törətməsi cəhdi və bunun nəticəsində itki verərək geri çəkilməsi barədə yaydığı məlumatların heç bir əsası yoxdur və uydurmadır.
Nazirlik bildirir ki, Silahlı Qüvvələrimiz bütün cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edir və düşmənin istənilən hərəkətinin qarşısını almağa hər an hazırdır.
Qeyd edək ki, Ermənistan KİV-də Azərbaycan tərəfinin cəbhə xəttində təxribata yol verdiyi iddia edib.
Qaynar.info