Rusiya prezidenti Vladimir Putinə təzyiq edilir, onu Ukraynaya qarşı müharibə üçün yeni səfərbərlik dalğası elan etməyə inandırmağa çalışırlar.
Qaynarinfo xəbər verir ki, bu barədə sentyabrın 19-da "The Wall Street Journal” öz mənbələrinə istinadən
yazır.
İddialara görə, Putin inauqurasiyadan bir neçə ay əvvəl Müdafiə Nazirliyinin nümayəndələri ilə görüşüb və onlar əlavə qoşunların cəlb edilməsi və Rusiyanın Ukraynada cəbhə xəttində itkilərinin doldurulması üçün yeni səfərbərliyə israr ediblər.
Mənbə, Putinin bu ideyanı rədd etdiyini və yalnız könüllü olaraq hərbi müqavilələr bağlayanlardan istifadə etmək istədiyini bildirib.
Yazının müəllifi qeyd edir ki, Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətini işğal etməsindən bir aydan çox vaxt keçib və "Moskva hələ də Ukrayna qoşunlarını geri çəkmək üçün böyük əks-hücum təşkil etməyib”.
Nəşrin mənbəsinə görə, "daha çox insan səfərbərliyin qaçılmazlığından danışır”.
"Rusiya qoşunlarının zəifliyi Rusiyanın bu ilin əvvəlində Ukraynanın ikinci ən böyük şəhəri olan Xarkova hücumu zamanı açıq şəkildə aydın oldu. Rusiya qoşunları irəlilədilər, lakin may ayında başlayıb yay boyu davam edən hücum ağır itkilərə səbəb oldu və ukraynalılar tərəfindən dayandırıldı”, - WSJ yazır.
Bu ilin əvvəlində Putinlə görüşdə müdafiə rəsmiləri onun inauqurasiyasından və artan siyasi dəstəyindən istifadə edərək səfərbərlik iddiasını irəli sürməli olduğunu bildiriblər. Lakin Putin bundan imtina edib, çünki 2022-ci ildə səfərbərlikdən sonra baş verən iğtişaşları yaxşı xatırlayır.
Rusiya Federasiyası həmçinin qorxur ki, səfərbərlik cəmiyyətin müharibə haqqında təsəvvüründəki incə tarazlığı pozar.
"Daha çox rusiyalını Ukraynadakı münaqişənin nəticələrinə bağlamaq Putin üçün təhlükəli siyasi nəticələr verə bilər”, - məqalənin müəllifi vurğulayır.
Nizami Bağırov
Şərhlər