Xəbər lenti

Ölkə 15:19 22.04.2024

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Azərbaycanda müdir işçisini ona salam vermədiyinə görə işdən qovub.
 
Qaynarinfo xəbər verir ki, bu barədə vətəndaş Nazlı Ağayeva sosial şəbəkədə məlumat verib.

Nazlı Ağayevanın sözlərinə görə, həmin şəxs işə çıxdığı günün səhərisi şirkət rəhbərinin yanından keçib, lakin tanımadığı üçün ona salam verməyib:

"Bunu bilən müdir müavini işçini otağına çağırıb və danlayıb. Deyib ki, daha gözümə görünmə. Bu hadisədən iki gün sonra onu uydyrma bəhanə ilə işdən qovublar". 

Ümumiyyətlə, bu məsələ qanunvericilikdə necə tənzimlənir? Vəkil Əkrəm Həsənov qanunvericilikdə belə bir qaydanın olmadığını bildirib:

"Hər bir şirkətin etik, davranış kodeksi ola bilər. Təbii ki, burada söhbət bilə-bilə baş verən pozuntudan gedir. Axı bu gənc etik kodeksi bilə-bilə pozmayıb, bilməyib nəsə edibsə, burada problem olmamalıdır. Hər bir halda bu, işdən qovulmaq üçün əsas deyil".

Əkrəm Həsənov vətəndaşın məhkəməyə müraciət etməsinin vacibliyini qeyd edib:

"Məsələnin başqa tərəfi həmin şəxsin işdən hansı səbəbdən qovulmasıdır. Başqa əsas nədir? Doğrudan da həmin əsas varmı? Bir ay müddətinə həmin şəxs məhkəməyə müraciət edə bilər”. 

Bahar Rüstəmli


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->