Xəbər lenti

Müxalifət baş nazir seçdi
Ölkə08:05 19.03.2013

Müxalifət baş nazir seçdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Müxalif Suriya Milli Koalisiyası keçid hökumətinin baş nazirini seçib. Məlumata görə, bu posta martın 18-i İstanbulda keçirilən səsvermədə 48 koalisiya üzvündən 35-nin dəstəyini alan Həsən Hitto layiq görülüb.

Kommunikasiya texnologiyaları mütəxəssisi olan Həsən Hitto uzun illər ABŞ-da yaşayıb. O, bir neçə həftə ərzində hökuməti formalaşdırmalıdır.

2011-ci ilin martından Suriyada xalq üsyanı gedir. Tələb prezident Bəşər Əsədin istefasıdır. İndiyəcən 70 min adam həlak olub.

Bəşər Əsəd prezident postunu 2000-ci ildən tutur. 1971-2000-ci illərdə isə ölkəyə onun atası Hafiz Əsəd rəhbərlik edib.