Dünya 18:22 02.07.2022

Müxtəlif ölkələrdə 80-ə yaxın Rusiya təyyarəsi həbs edilib

Rusiyanın nəqliyyat naziri bu ölkənin 77 təyyarəsinin xaricdə saxlanıldığını açıqlayıb.

Qaynarinfo bu barədə "BB-cntv"yə istinadən xəbər verir ki, bu haqda Rusiyanın nəqliyyat naziri Vitali Savelev cümə günü açıqlamasında deyib.

"Bu günə qədər 77 təyyarə xaricdə saxlanılıb. Biz bir təyyarələri geri qaytara bilmişik. Hər bir təyyarə üçün problemlərlə üzləşirik”.

Rusiyalı nazir daha sonra əlavə edib ki, bu təyyarələrin bəziləri lizinq şirkətlərinin tələbi ilə saxlanılıb, digərləri isə Avropa ölkələri qəfildən hava məkanını Rusiya təyyarələri üçün bağladıqdan sonra havaya qalxa bilməyiblər.

M.Arif