Xəbər lenti

Nabranda 80 sürücü cəzalandırıldı
Ölkə16:59 19.07.2015

Nabranda 80 sürücü cəzalandırıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xaçmaz Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin (DYPB) əməkdaşları həftə sonu Nabran istirahət zonasında növbəti reyd keçiriblər.
Reydin keçirilməsində əsas məqsəd baş verə biləcək ağır yol-nəqliyyat hadisələrinin qarşısı almaq və avtomobili spirtli içkinin təsiri altında idarə edən sürücüləri aşkarlamaq olub.
Xaçmaz DYPB-nın rəisi Əliağa Əsgərbəylinin verdiyi məlumata görə, reyd zamanı yol hərəkəti qaydalarını pozan 80-nə yaxın sürücü barədə protokol tərtib edilərək, tədbirlər görülüb. Həmin sürücülərin 7-si avtomobili sərxoş vəziyyətdə, 4 nəfər sürücülük hüququ olmadan idarə edən, qalanları isə digər yol hərəkəti qaydalarına əməl etməyənlər olub.
Ə. Əsgərbəyli bildirib ki, reydlər istirahət mövsümü ərzində mütəmadi olaraq davam etdiriləcək.//APA
Qaynar.info