Xəbər lenti

Narkotikin təsiri altında olan sürücü saxlanıldı
Ölkə 11:39 04.12.2025

Narkotikin təsiri altında olan sürücü saxlanıldı

Narkotikin təsiri altında olan sürücü saxlanılıb.

Bu barədə Qaynarinfo-ya DİN-in BDYPİ-dən məlumat verilib.

Bildirilib ki, paytaxt sakini Nadir Zeynalov "BMW” markalı avtomobillə Ələt-Astara avtomagistralında hərəkətdə olarkən YPX Alayının stasionar postunda nəzarət qaydasında saxlanılıb.

Sənədlərin yoxlanılması zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan o, tibbi müayinədən keçməyə dəvət olunub. Müayinə zamanı özünün də etiraf etdiyi kimi, narkotik vasitənin təsiri altında olduğu sübuta yetən N. Zeynalov inzibati məsuliyyətə cəlb edilib.

"Baş Dövlət Yol Polisi İdarəsi narkotik vasitələrin təsiri altında sükan arxasına əyləşərək digər hərəkət iştirakçılarının həyatına təhlükə yaradan şəxslərdən hüquqazidd əməllərə son qoymağı tələb edir və bu kimi hallara qarşı daha kəsərli tədbirlərin görüləcəyini bildirir", - məlumatda qeyd edilib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->