Bərdə şəhərində narkotikin təsiri altında "Range Rover" markalı avtomobili idarə edən şəxsə hökm oxunub.
Qaynarinfo-nun məlumatına görə, Bərdə rayonu ərazisində DYP əməkdaşları "Range Rover" markalı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə sürücü Mirbəhram Qasımlıya saxla işarəsi verib.
Araşdırma zamanı onun psixotrop maddə olan metamfetaminin təsiri altında avtomobil idarə etdiyi müəyyən olunub. Həmçinin müəyyən edilib ki, Mirbəhram Qasımlı xalası qızına məxsus avtomobili etibarnamə olmadan idarə edib.
Mirbəhram Qasımlı məhkəmədə deyib ki, 15 gün əvvəl Bakı şəhərində toy məclisinə qatılıb və həmin vaxt psixotrop maddə olan metamfetamindən istəfadə edib. 16 oktyabr 2024-cü ildə xalası qızına məxsus olan, etibarnamə olmadan, sürücülük hüququ əsasında "Range Rover" markalı avtomobillə Bərdə şəhəri, H.Əliyev prospektində hərəkətdə olarkən DYP-nin əməkdaşları onu saxlayıb və avtomobili psixotrop maddədən istifadə etməklə idarə etdiyini müəyyən ediblər. Həmin şəxs səhvini başa düşdüyünü bə əməlindən peşiman olduğunu bildirib.
Məhkəmənin qərarı ilə Mirbəhram Qasımlı İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə təqsirli bilinib və 600 manat məbləğində cərimə edilib.
Aydın
Şərhlər