Xəbər lenti

NASA-ya Roqozindən sərt reaksiya: “Bizi hər şeydən məhrum etdiniz...”
Dünya 19:35 08.07.2022

NASA-ya Roqozindən sərt reaksiya: “Bizi hər şeydən məhrum etdiniz...”

Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) Beynəlxalq Kosmik Stansiyada (BKS) qondarma Donetsk və Luqansk Xalq Respublikalarının (DXR və LXR) bayraqları ilə şəkil çəkdirən üç rusiyalı kosmonavtın hərəkətlərini pisləyib.

Qaynarinfo The Washington Post-a istinadla xəbər verir ki, bu barədə NASA-nın bəyanatında deyilir.

"Vedomosti” qəzeti xəbər verir ki, bundan əvvəl, iyulun 4-də rusiyalı kosmonavtlar Oleq Artemiyev, Denis Matveyev və Sergey Korsakov BKS-də qondarma respublikaların bayraqları ilə şəkil çəkdirərək bunu rus hərbçilərinin Lisiçanskı nəzarətə götürməsini bayram etməsi ilə izah ediblər.

NASA hesab edir ki, Rusiyanın Ukraynadaya hərbi müdaxiləsinə dəstək "dinc məqsədlər üçün” texnologiyaların inkişafı məqsədilə yaradılan "stansiyanın funksiyası ilə əsaslı şəkildə uyğun gəlmir”.

Roskosmosun rəhbəri Dmitri Roqozin buna reaksiya verərək, özünün Telegram kanalında qeyd edib ki, "kosmos siyasətdən kənardır” prinsipini ilk dəfə kobud şəkildə tapdalayan ABŞ olub.

"Amerikalı tərəfdaşlarımız ya olduqları kimi görünsünlər, ya göründükləri kimi olsunlar. Məhz onlar bizim (Rusiya - red.) əməkdaşlığımızı siyasiləşdirdilər, müəssisələrimizə və sənayemizin bir sıra rəhbərlərinə (keçmiş və indiki) qarşı qanunsuz sanksiyalar tətbiq etdilər, "siyasətdən kənar kosmos” prinsipini kobudcasına tapdaladılar, bizi dünya kosmonavtikasının beşiyi olan Rusiya kosmosunu boğmaqdan ötrü beynəlxalq mikroelektronika bazarına çıxış və kommersiya sifarişlərindən məhrum etdilər”, - dövlət korporasiyasının rəhbəri deyib.

O, açıq şəkildə bildirib ki, Rusiya BKS-in öz seqmentində "zəruri və faydalı" hesab etdiyi hər şeyi edəcək. "Və mən Qərb tərəfdaşlarına peşəkar münasibətləri normallaşdırmaq istəsələr, öz axmaq sanksiyalarını ləğv etməyi məsləhət görürəm”, - Roqozin tövsiyə edib.
 
Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->