Xəbər lenti

NATO bundan belə Ukraynaya yardımı necə əlaqələndirəcək? – Yeni komanda
Dünya 17:23 19.07.2024

NATO bundan belə Ukraynaya yardımı necə əlaqələndirəcək? – Yeni komanda

NATO Ukraynaya hərbi yardımın koordinasiyası üçün yeni plan üzərində razılığa gəlib. Beləliklə, alyans Visbadendə Ukraynaya yardımın koordinasiyasına və planlaşdırılmasına, hərbi texnikanın təlimi və təmirinə kömək edəcək yeni komanda yaradır.

Qaynarinfo bu barədə NV-yə istinadla xəbər verir.

"Müttəfiqlər Almaniyada komandanlıq, Alyansın şərqində logistika mərkəzləri və təxminən 600 işçi heyəti ilə NATO-nun təhlükəsizliyə yardım və təlim təşəbbüsü başlatmağa razılaşıblar, - NATO-nun baş katibi Yens Stoltenberq iyulun 11-də sammitin yekun konfransında deyib. - NATO Ukrayna qüvvələrinin müttəfiq ölkələrdəki obyektlərdə təlimini koordinasiya edəcək, ianələrin verilməsini, texnikanın idarə olunmasını, ötürülməsini və təmirini planlaşdırıb əlaqələndirəcək və Ukrayna qüvvələrinin uzunmüddətli inkişafına dəstək verəcək”.

NATO planı Ramsteyn formatı ilə yanaşı fəaliyyət göstərəcək və qısamüddətli perspektivdə yardımın əlaqələndirilməsinə diqqət yetirəcək, ABŞ-ın rəhbərlik etdiyi Müdafiə Yardımı Koordinasiya Qrupu isə uzunmüddətli perspektivdə Ukrayna Silahlı Qüvvələrini modernləşdirəcək və gücləndirəcək, Pentaqon izah edib.
"Pentaqon [Ukrayna Müdafiə Dəstəyi Koordinasiya Qrupuna] rəhbərlik etməyə davam edəcək və uzunmüddətli perspektivdə qüvvələrin modernləşdirilməsi və gücləndirilməsi səylərini dəstəkləyəcək", - deyə Pentaqonun sözçüsü Pet Rayder jurnalistlərə bildirib.

O vurğulayıb ki, Ramşteyn formatı 50 ölkəni birləşdirir ki, bu da hazırda NATO-nun 32 ölkəsindən daha çoxdur. Ramsteyn çərçivəsində müttəfiqlər Ukraynaya 100 milyard dollardan çox yardım göstəriblər. 

İsveçin xarici işlər naziri Tobias Billström "Amerikanın səsi” Ukrayna Xidmətinə müsahibəsində bildirib ki, İsveç NATO-nun Ukraynaya dəstəyinin koordinasiyasında NATO-nun mühüm rolunu alqışlayır.

"Beləliklə, bu, Vaşinqtonda aparılan müzakirələrin nəticəsidir, çünki NATO koordinasiyanı təmin etmək üçün Rusiyanın Ukraynaya qarşı təcavüzü zamanı indiyə qədər fəaliyyət göstərdiyimizdən daha yaxşı mövqeyə malikdir”, - Billström bildirib.

Norveçin xarici işlər naziri Espen Bart Eyd "Amerikanın səsi”nə verdiyi şərhdə Norveçin də bu planı dəstəklədiyini qeyd edib. Eyd xüsusilə qeyd edib ki, bu cür koordinasiya təkrarlanmanın qarşısını alacaq və hesabatların daha aydın olmasını təmin edəcək.

"Biz hesab edirik ki, bu, çox yaxşı qərardır” deyən Norveç diplomatiyasının rəhbəri bildirib ki, "bütün NATO müttəfiqləri Ukraynanı dəstəkləmək istəyirdilər, lakin təbii ki, müxtəlif səviyyələrdə. Və bundan biz daha çox aydınlıq, daha yaxşı koordinasiya əldə edirik, Ukraynanın həqiqətən ehtiyac duyduğu şeylərdən daha çoxunu almasını təmin edirik. Təkrarlanmalar olmasın deyə daha dəqiq ianələri təmin edirik. Bu, həm də daha dəqiq hesabat verməyə imkan verəcək, çünki bu gün nəyin qrant, nəyin kredit olması ilə bağlı müəyyən çaşqınlıq yaranıb”.

Eyd ümid etdiyini bildirib ki, NATO səviyyəsində koordinasiya Ukraynaya "əslində nə əldə edə biləcəkləri” barədə daha real baxışa malik olmağa kömək edəcək və müttəfiqlərə "aktivləşməyə və ukraynalılarla bölüşdüyümü ümumi məqsədə çatmaq üçün əllərindən gələni etdiklərinə əmin olmağa kömək edəcək”. 

Lakin ABŞ-ın NATO-dakı keçmiş nümayəndəsi Kurt Volker hesab edir ki, NATO vasitəsilə yardımın koordinasiya edilməsi qərarı ciddi dəyişiklik deyil. "Amerikanın səsi” radiosuna şərhində o, bildirib ki, Alyans tərəfindən yardımın koordinasiyası müttəfiqlərin Ukraynaya dəstək rolunu daha çox vurğulayacaq. Bu həm də amerikalılara Ukraynanı dəstəkləmək "yükünü bölüşmək” üçün vacib siqnaldır.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->