Xəbər lenti

NATO İtaliyanın qəzəbinə baxmayaraq, ispan diplomata yeni vəzifə verdi
Dünya 18:47 23.07.2024

NATO İtaliyanın qəzəbinə baxmayaraq, ispan diplomata yeni vəzifə verdi

NATO rəsmi olaraq təsdiqləyib ki, ispaniyalı diplomat Xavyer Kolomina Cənub Qonşuluğu üzrə xüsusi nümayəndə vəzifəsinin icrasına başlayacaq.

Qaynarinfo xəbər verir ki, bu barədə NATO-nun mətbuat xidmətinin məlumatında deyilir.
 
Kolomina hazırda NATO baş katibinin siyasi məsələlər və təhlükəsizlik siyasəti üzrə köməkçisinin müavinidir. O, bundan əvvəl NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi vəzifəsində çalışıb.

"Yaxın Şərq, Şimali Afrika və Sahel regionu bizim Alyans üçün vacibdir. Xavyer Kolomina NATO tərəfdaşları ilə işdə böyük təcrübəyə malikdir. Onun təyinatı NATO-nun cənubdakı mühüm işini daha da gücləndirəcək", - NATO-nun baş katibi Yens Stoltenberq bildirib.

Kolomina yeni vəzifəsində NATO-nun regionda əlaqələndiricisi vəzifəsində çalışacaq. O, NATO-nun cənubdakı səylərinin əlaqələndirilməsinə və aktuallığının artırılmasına və tərəfdaşlarla əlaqənin gücləndirilməsinə cavabdeh olacaq.

Vaşinqton Sammitində Alyans üzvləri NATO-nun Yaxın Şərq, Şimali Afrika və Sahel regionunda iştirakını gücləndirəcək fəaliyyət planı üzərində razılığa gəliblər. Xüsusi nümayəndənin təyin edilməsi də bu planın tərkib hissəsidir.

Eyni zamanda, İtaliyanın cənub cinahında hərəkətlərin əlaqələndirilməsi üçün Alyansda yeni vəzifəyə italiyalının təyin edilməməsi qərarından qəzəbləndiyini qeyd etmək lazımdır.

İtaliya Müdafiə Nazirliyinin rəhbəri Quido Krosetto, Stoltenberqin Alyansın cənub cinahını koordinasiya etmək ispan təyin edilməsini "şəxsi təhqir" adlandırıb və Baş katibə "çox qəzəbli mesaj" çatdırdığını söyləyib. 

Cənub cinahında NATO-nun hərəkətlərinin əlaqələndirilməsinə cavabdeh olan Alyansın xüsusi nümayəndəsi vəzifəsi iyulun əvvəlində İtaliyanın baş naziri Corcio Meloninin müraciəti əsasında yaradılıb. İtaliya hökumətinin fikrincə, bu vəzifəni italyan icra etməlidir. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->