Xəbər lenti

NATO strategiyasını dəyişir:
Dünya 17:43 11.02.2024

NATO strategiyasını dəyişir: "Rusiyanın kütləvi şəkildə bombalanması"

NATO ölkələri Rusiya silahlı qüvvələrinin təşkil etdiyi müdafiə fonunda öz döyüş strategiyasını yenidən nəzərdən keçirməyə məcburdur. 

Qaynarinfo xəbər verir ki, bu barədə Britaniyanın "Economist" qəzeti yazıb.

"Rusiyanın uğurlu müdafiəsi həm də daha geniş düşünməyə sövq etdi. Bu, yeni dilemma yaradır", deyə nəşr qeyd edib.

Qeyd olunur ki, əvvəllər NATO ölkələri "elastik müdafiə" strategiyasından istifadə etməyə üstünlük verirdilər. Bunun da mahiyyəti hərbi toqquşma üçün daha sərfəli mövqelər seçərkən düşmən qüvvələrini gecikdirməkdir. Nəşr bu strategiyanı xarakterizə edir: "Qüvvələr lazım gəldikdə geri çəkilir və düşməni daha əlverişli ərazidə məhv edir".

Nəşr hücum edən qüvvələri tükəndirmək, onların komandanlığını və maddi-texniki təchizatını məhv etmək üçün Rusiyanın arxa cəbhəsinə dərin zərbələr endirmək ehtimalından yazır: "Qısacası: Rusiya ərazisinin kütləvi şəkildə bombalanması".

Eyni zamanda, nəşr hərbi ekspert Lukas Milevskidən sitat gətirir. "Qərb siyasi liderləri bu cür hücumlara şübhə ilə yanaşa bilərlər", deyə ekspert bildirib.

Aydın


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->