Xəbər lenti

Nazirdən önəmli açıqlama
Ölkə15:17 28.06.2013

Nazirdən önəmli açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

 Mikayıl Cabbarov: "Bu il bütün məzunlar attestat alacaq"

Təhsil naziri hər bir vətəndaşa təhsilini davam etdirmək şansını yaratmaq istədiklərini bildirib

"Sizi əmin edirəm ki, respublikanın orta məktəblərinin bütün məzunları attestat alacaqlar. 9-cu sinifi bitirənlərə isə bununla bağlı müvafiq şəhadətnamə veriləcək". 

Bu sözləri AzTV-nin efirində qonaq olan təhsil naziri Mikayıl Cabbarov səsləndirib. "Biz Azərbaycanda hər bir vətəndaşa təhsilini davam etdirmək şansını yaratmaq istəyirik". 

Qeyd edək ki, təhsil naziri söhbətində Azərbaycanda müəllimlərin əmək haqları qaldırılmalı olduğunu da bildirib. 

“Müəllimlərin əmək haqqı qaneedici səviyyədə deyil. Onların sosial vəziyyətinin yaxşılaşdırılmasının düzgün mexanizmi tapılmalıdır. Müəllimlərin əmək haqları ilə bağlı düzgün qərar vermək üçün hərtərəfli müzakirələr aparmaq lazımdir”, - deyə Mikayıl Cabbarov bildirib.