Xəbər lenti

Nazirlikdən generalın işdən çıxarılması xəbərinə reaksiya gəldi (YENİLƏNİB)
Ölkə 18:50 21.09.2023

Nazirlikdən generalın işdən çıxarılması xəbərinə reaksiya gəldi (YENİLƏNİB)

17:02

Penitensiar Xidmətin rəis müavini, ədliyyə general-mayoru Oqtay İlyas oğlu Məmmədov vəzifəsindən azad olunub. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, bu barədə müvafiq əmr imzalanıb.

Generalın işdən çıxarılma qərarı Penitensiar Xidmət sahəsində aparılan kadr islahatları ilə bağlıdır. 

Məsələ ilə bağlı Penitensiar Xidmətin mətbuat katibi vəzifəsini müvəqqəti icra edən Tanrıverdi Mustafayevə müraciət etdik. Qurum rəsmisi bu barədə məlumatının olmadığını, Ədliyyə Nazirliyi ilə əlaqə saxlamağımızı tövsiyə etdi. 

Nazirlikdən isə məlumatı dəqiqləşdirib xəbər verəcəklərini dedilər.

Qeyd edək ki, Oqtay İlyas oğlu Məmmədov 2006-2013-cü illərdə Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis idarəsinin rəis müavini vəzifəsində çalışıb. O, 2013-2016-cı illərdə Kürdəmir rayon Polis Şöbəsinin rəisi olub. 5 iyul 2016-cı il tarixdə ədliyyə naziri Fikrət Məmmədovun əmri ilə Penitensiar Xidmətin rəis müavini təyin edilib. 

Xatırladaq ki, Penitensiar Xidmətinin rəis müavini, ədliyyə general-mayoru Məhərrəm Qafarov da təqaüdə göndərilib. Bu barədə də ilk məlumatı Qaynarinfo yaymışdı.

18:50

Ədliyyə Nazirliyinə saat 13:43-də verdiyimiz sorğuya saat 18:48-də verilən cavabda Oqtay Məmmədovun vəzifəsindən azad edilmədiyi bildirilir.

Mövzunu diqqətdə saxlayacağıq.

Əhməd

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->