Xəbər lenti

Nazirlikdən xəbərdarlıq: İki ərazidə partlayışlar olacaq
Ölkə 09:27 06.10.2025

Nazirlikdən xəbərdarlıq: İki ərazidə partlayışlar olacaq

Oktyabrın 6-10 tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək.

Bu barədə Qaynarinfo-ya Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

Bildirilib ki, nazirlik partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->