
Şuşarayon İcra Hakimiyyətinin başçısı, “Dağlıq Qarabağ BölgəsininAzərbaycanlı İcması” İctimai Birliyinin sədri Bayram Səfərov müsahibə verib.
Qaynar.info publika.az-a istinadən həmin müsahibəni təqdim edir.
–Son günlər bahalı villa almağınızla bağlı məlumatlar yazılır. Deyəsən,bu barədə verdiyiniz kobud cavablarla jurnalistlərin yenə də xətrinədəymisiniz?
–Axı mən nə edim? Mən jurnalistlərə qarşı hər zaman səmimi olmuşam.Ancaq bəzi jurnalistlər mənimlə səmimi olmur. İndi mən nə edim ki, nədanışıramsa, hamısını da yazırlar? İnsan gərək başqasının şəxsihəyatına, şəxsi işinə qarışmasın. O, mənim şəxsi işimdir. Mənim şəxsiişimə qarışmağa heç kimin səlahiyyəti yoxdur. Hər kəs gedib öz işi iləməşğul olsa, daha yaxşı olar.
Görünheç erməni jurnalisti öz icma rəhbəri barədə yazar ki, filankəs özünəvilla alıb və sairə? Məgər villa almaq qəbahətdir? Hər kəsin özü şəxsiişi var. Bu isə mənim şəxsi işimdir. Nə alaram, nə sataram, özümbilərəm.
“Küçədə yaşamamışam, evim və bağım olub”
– Şəxsi həyatınıza qarışmaq kimi olmasın. Vaxtilə Şuşada villanız olub?
–Qardaş, hamının evi-eşiyi olub. Mən də küçədə yaşamamışam, evim vəbağım olub. Hər zaman zəhmətlə yaşamışam. Məni tanıyan adamlar da bunuyaxşı bilir ki, Bayram Səfərov hər zaman zəhmət çəkərək yaşayıb. Mən1968-ci ildə rəsmi əmək fəaliyyətinə başlamışam. Mən 46 il ayrı-ayrıişlərdə çalışmışam və bu gün də bunu davam etdirirəm. Ömrümün sonunaqədər də xalqım, Vətənim və övladlarım üçün çalışacam.
Bu il icmaların növbəti görüşü keçirilə bilər– Yaxın vaxtlarda Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında növbəti görüşün keçirilməsi gözlənilir?
–Hazırda çalışırıq ki, icmaların görüşü olsun. Biz belə bir görüşünreallaşmasını istəyirik. Ancaq bu məsələ təkcə bizdən asılı deyil.Bizdən olsa, günü bu gün ermənilərlə görüşüb onlara hər şeyi başasalardıq.
– Görüşün yeri bəllidir?
– Hələlik biz görüşün yeri barədə heç nə bilmirik. Ancaq ATƏT-in sədrinə müraciət etmişik ki, bizə kömək etsinlər.
Ancaqçox təəssüf ki, icmaların görüşünə Ermənistan hakimiyyəti çox ciddiəngəllər törədir. İstəmir ki, azərbaycanlı və erməni icmaları bir arayagəlib hər hansı razılığa gəlsin. Bu gün Ermənistanda mövcud olanhakimiyyət əli azərbaycanlı qanına bulaşmış hakimiyyətdir. Təbii ki, buhakimiyyət sülhün əldə olunmasını istəməz. Çünki sülh olarsa, o zamanErmənistanın bu hakimiyyətinin də sonu olacaq. Ermənistanda sıravi əhalidə bu hakimiyyətdən narazıdır.
–Kəlbəcərdə erməni hərbi birləşmələri tərəfindən girov götürülənAzərbaycan vətəndaşlarının qaytarılması ilə bağlı icma hansı işlərgörür?
–Bilirsiniz ki, girovlarla bağlı Beynəlxalq Qırmızı Xaç və QırmızıAypara Hərəkatının nümayəndələri Ermənistan tərəfi ilə danışıqlaraparır. Bu məsələ icma səviyyəsində həll olunası məsələ olmasa da, Dağlıq Qarabağın Azərbaycanlı İcması bu məsələdən narahlıq keçirir.İcma olaraq biz azərbaycanlı girovların tezliklə Azərbaycanaqaytarılmasında əlimizdən gələn dəstəyi verməyə hazırıq.
Bundan əlavə, girovlarımızla bağlı məsələ ölkə rəhbərliyinin də nəzarətindədir.
Qaynar.info