Xəbər lenti

Neftçilər prospekti bağlandı
Ölkə05:45 01.04.2016

Neftçilər prospekti bağlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) sürücülərə xəbərdarlıq edib.

NİİM-dən  verilən məlumata görə, bu ilin iyun ayında Bakı şəhərində keçiriləcək Formula 1 yarışına hazırlıq işləri ilə əlaqədar Neftçilər prospektinin Zərifə Əliyeva küçəsi ilə kəsişməsindən Əziz Əliyev küçəsi ilə kəsişməsinədək olan hissəsində yolun 3 zolağında və Əziz Əliyev küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Bu səbəbdən Yusif Səfərov, Neftçilər və Üzeyir Hacıbəyov küçələrində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.

Bundan başqa Bakı-Sumqayıt şosesi (paytaxta doğru) və Binəqədi şosesində nəqliyyat vasitələrinin tıxacı yaranıb.

Eyni zamanda A.Bakıxanov küçəsi, S.Vurğun küçəsi (Müasir Təhsil Kompleksi tərəf), Koroğlu Rəhimov küçəsi (Prezident iqamətgahı istiqamətində), Tbilisi prospektində (Nəqliyyat Nazirliyinin qarşısı), Azadlıq prospekti, habelə Üzeyir Hacıbəyov və Yusif Səfərov küçələrində (mərkəzə doğru) nəqliyyat vasitələrinin sıxlığı müşahidə edilir.

Sürücülərə alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Qaynar.info