Xəbər lenti

Nərimanovun icra başçısının 4 milyona satışa çıxardığı mülkü – FOTOLAR
Ölkə13:49 17.06.2014

Nərimanovun icra başçısının 4 milyona satışa çıxardığı mülkü – FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Şəkillərdə gördüyünüz – meşə zolağını xatırladan bu ərazi hansısa əyalət, dağ rayonuna aid deyil. 

Bu fotolar Bakıda, Nərimanov rayonunda çəkilib. 

Gunxeber.com-un məlumatına görə, bu ərazidə vaxtilə Bakı Yay Klubu da yerləşirdi. Hər həftənin şənbə-bazar günləri rayon zəhmətkeşləri üçün burada konsert təşkil olunurdu.

Daha sonra bu ərazidə bir restoran da fəaliyyət göstərirdi  – “Yaşıl ada”…

İndi isə nə Yay Klubundan əsər-əlamət var, nə də “Yaşıl ada”dan. Bu ərazini Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev hasarlatdırıb. Ərazidə yaşayan sakinlər bildirir ki, bura icra başçısının mülkü sayılır: “Ərazini bir neçə dəfə satmaq istəyiblər. Əvvəl buranı güc strukturlarından birində çalışan yüksək vəzifəli bir adam aldı, Yay Klubunun yerində villa tikdirməyə başladı. Bir müddət sonra gəlib tikintini dayandırdılar, həmin adam da pulunu geri alıb çıxıb getdi. (təməli qoyulmuş bina fotolarda əks olunur-red.) Buranın torpağına 4 milyon manat qiymət qoyulub. Ancaq heç də kim istəsə ala bilməz. Çünki ətrafda xeyli məşhur adamlar özlərinə villalar tikdiriblər. Şeyxülislam Hacı Allahşükür Paşazadənin də burada yanaşı üç villası var. Yalnız bu ərazi boş qalıb. İndiyədək buradan 50-dən çox “Qırmızı kitab”a düşmüş Eldar Şamı, onlarla zeytun ağacı kəsilib. Meşə massivi kimi bir yeri maddi maraqlar naminə satıb məhv edirlər. Bu cür ağaclığı məhv etmək günahdır. Ancaq artıq buranı dağıdıblar, faktiki hasara alıblar və satırlar”.

Qeyd edək ki, həmin əraziyə giriş də yasaqdır. Sadəcə, əməkdaşımız jurnalist marağı ilə əraziyə daxil olaraq fotolar çəkə bilib.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Qaynar.info