Müğənni Nüşabə Musayevanın həmkarı Pünhan Piriyevlə “Ulduz” filmindən məşhur Çarliston rəqsini ifa etməsi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Qaynarinfo xəbər verir ki, hadisə məclislərdən birində baş verib. Nüşabə Musayeva rəqs edərkən həmkarı Pünhan Piriyev onun qarşısına keçib.
Pünhan Piriyev müğənni ilə görüşüb, daha sonra dönüb getmək istəyib. Bu zaman Nüşabə Musayeva onun köynəyindən arxadan tutaraq var gücü ilə özünə tərəf çəkib.
“Axır ki, bir alim ərə rast gəldim”, deyə müğənni Pünhan Piriyevi bərk-bərk qucaqlayıb.
Pünhan Piriyev Nüşabə Musayevanın qolları arasından çətinliklə çıxıb.
Nüşabə Musayevanın bu hərəkəti bəzi izləyicilər tərəfindən alqışlansa da, digərləri Pünhan Piriyevin düşdüyü vəziyyətə acıyıb.
Bahar Rüstəmli
Şərhlər