Xəbər lenti

Dünya 15:58 13.05.2022

Nüvə danışıqları üzrə koordinatorun müəmmalı həbsi - Ekspert

Avropa İttifaqının (Aİ)  xarici siyasət xidməti rəhbərinin müavini, Vyanada İranla nüvə danışıqları üzrə koordinatoru Enrike Mora Frankfurt aeroportunda yerli polis tərəfindən saxlanılması dünya mediası tərəfindən geniş işıqlandırıldı. Enrike Moranın bildirdiyinə görə, Tehrandan Brüsselə qayıdarkən polis onu heç bir izahat vermədən hava limanında həbs edib, pasportunu və telefonunu müsadirə edib. E. Mora daha sonra sərbəst buraxıldığını bəyan edib. Maraqlıdır ki, eyni zamanda, Aİ-nin Vyanadakı BMT səfiri və Avropa Xarici Fəaliyyət Xidmətinin (EEAS) İran üzrə işçi qrupunun rəhbərinin də həbs edildiyi bildirlir. 

Həbslərin əsl səbəbi nədir?
 
Məsələ ilə bağlı Qaynarinfo-ya münasibət bildirən politoloq Cümşüd Nuriyevin fikrincə, burada məqsəd Rusiyaya dəstək olan İranı cəzalandırmaqdır:
 
"Aİ-nin saxlanılan yüksək rütbəli şəxslərinin hamısı bu və ya digər dərəcədə İranla bağlı olduğundan düşünürəm ki, burada məqsəd Rusiya ilə bağlı olduğundan Tehranı cəzalandırmaqdır. Görünür, İranı Rusiyadan kənarlaşdırmaq üçün başqa yollar effekt vermədiyindən, indi bu yolu seçməyə məcbur olublar. Bu yolun nə qədər Aİ üçün nə qədər uğurlu olacağını deyə bilmirəm. Eyni zamanda, İran ABŞ-la gizli danışıqlar aparır. Nüvə silahını hazırlamamağın əvəzində Tehran bu danışıqlarla ABŞ-dan müəyyən divident əldə etməyi düşünür. Bu mənada həmin həbslər maraqlı gedişdir və birmənalı olaraq Rusiya ilə bağlı məsələdir”. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->