Xəbər lenti

O erməni gədəsinin... - KÖŞƏ
Ölkə10:05 08.08.2014

O erməni gədəsinin... - KÖŞƏ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"General-leytenant Rövşən Əkbərov şəxsən bu hadisəyə görə məsuliyyət daşıyır"

Üzeyir Cəfərov
Hərbi ekspert


Dəyərli dostlar, hörmətli həmkarlar!

Dünən mətbuatda Ermənistan ordusunun təxribat-diversiya qrupu haqqında məlumatı alan kimi öz kanallarım vasitəsiylə öyrənməyə başladım ki, həqiqətdə görəsən nə baş verib. Və düzünü, məni bir qədər narahat edir ki, bu cür gözəl şansdan da biz normal şəkildə yararlana bilmədik. Hadisəni incələdikdə, bir sıra məqamlar üzə çıxır ki, o da normal düşüncədə olan insanlarda çoxlu suallar yaradır. Rəsmi xəbər bir mənzərəni təqdim edir, amma reallıqda isə bir qədər fərqli mənzərə çıxır qarşımıza. İstənilən halda, mənə elə gəlir ki, bir qədər gözləmək lazımdır ki, görək bizim hüquq-mühafizə orqanları ortalığa nə çıxarır. Sözsüz ki, erməni tərəfi öz vətəndaşını müdafiə etmək üçün deyəcək ki, o mülki vətəndaşdır, xəstədir, yaxud da daha nələr və nələr. Amma, hər şey ola bilər. Bir qədər səbr etməmiz lazım. Amma, bu fikrimi yazmasaydım, hesab edirəm ki, vicdanıma qarşı çıxardım.

O erməni gədəsinin kameralar qarşısında o şəkildə sorğu-sual edilməsi kökündən yanlış və zərərli bir hərəkət idi. Mən anlayıram ki, bəzi yoldaşlar məni az qala ermənipərəstlikdə günahlandırmağa çalışacaqlar, amma onlara xəbərdarlıq edirəm. Bir az sakit başla nə demək istədiyimi anlayın, sonra məni söyün, təhqir edin. Əvvala, birləşmə komandiri kimi general-leytenant Rövşən Əkbərov şəxsən bu hadisəyə görə məsuliyyət daşıyır. Mənim nə demək istədiyimi yəqin ki, bu incəlikləri bilən şəxslər və ağıllı insanlar başa düşdülər.

İkincisi, bizim 2 nəfər girov vətəndaşımız - Şahbaz Quliyev və Dilqəm Əsgərov hələ ki yaramazların cəngindədirlər. Bəs biz onları geri qaytarmaq üçün nə etməliyik sualını özümüzə vermək istəmirik? Mən emosiyaları başa düşürəm, amma addım atanda da elə atmaq lazımdır ki, onun məntiqi nəticəsi olsun və o hərəkət müsbət effekt versin.

Çox şeyləri burda yazmaq olmur. Çünki ermənilər də bizim yazdıqlarımızı oxuyur, bəzən demədiklərimizi belə bizim adımıza çıxartmağa cəhd edirlər. Onların bəzi yaramazları öz saytlarında, mətbuatında bizi aşağılayan, bizi dünya qarşısında rüsvay edən yazılarla çıxış edirlər.

Qayıdıram dünənki hadisəyə. Belə məsələləri dərindən bilən şəxslər buraxılan səhvləri və fəsadları yəqin ki, təxmin edə bilirlər. Ona görə də, məcbur qalıb bəzi məqamlara burda atüstü münasibət bildirdim. Hesab edirəm ki, əlaqədar qurumlar mənim yazdığım qeydləri tam səmimi qəbul edəcəklər və bunun hansısa şəxsi istəkdən deyil, dövlətimizin imici baxımından qeyd edildiyini nəzərə alacaqlar."

QEYD: Yazı Üzeyir Cəfərovun Facebook proflindən götürülüb

Qaynar.info