"OBA” marketlər şəbəkəsinin əməkdaşı, Proses Təkmilləşdirmə bölməsinin müdiri Turqay Abdullayev UNEC-də "Anbar İdarəetməsi" mövzusunda təlim keçib. Təlimdə anbarların effektiv idarə olunması, material və məhsul axınının düzgün təşkili mövzularında danışılıb.
Təlim şöbəsinin təşəbbüsü ilə baş tutan təlimdə Turqay Abdullayev UNEC tələbələrinə anbarların optimallaşdırılması, ehtiyatların düzgün izlənməsi, anbarda məhsul idarəçiliyinin təkmilləşdirilməsi və məhsulun çatdırılma proseslərində qarşılaşılan çətinliklərdən necə səmərəli istifadə edilməsi barədə ətraflı məlumatlar verib. Eyni zamanda, təlimdə anbar idarəetməsinin müasir texnologiyalarla necə birləşdirilməsi, iş proseslərində avtomatlaşdırma və rəqəmsal həllərin tətbiqi məsələlərinə də toxunulub.
Təlimdə iştirak edənlər anbar idarəetmə proseslərinin hər bir mərhələsində qarşılaşılan problemlər və onların necə həll ediləcəyi barədə praktik nümunələr əsasında məlumatlar əldə edərək, bu sahədəki təcrübələrini daha da inkişaf etdirmiş olublar.
Turqay Abdullayevin təlimi xüsusilə logistika və anbar sahələrində çalışan şəxslər üçün xüsusi əhəmiyyət kəsb edir.
Belə təlimlərin gənc mütəxəssislərin və təcrübəli işçilərin bilik və bacarıqlarını inkişaf etdirmək məqsədinə daşıdığı vurğulanıb.
Şərhlər