Xəbər lenti

Ötən həftə azad edilən ərazilərdə bu sayda mina aşkarlandı
Ölkə15:55 10.07.2023

Ötən həftə azad edilən ərazilərdə bu sayda mina aşkarlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat açıqlayıb.
ANAMA-dan Qaynarinfo-ya  verilən məlumata görə, 3-8 iyul tarixlərində Tərtər, Ağdam, Xocavənd, Laçın, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 2, tank əleyhinə 19 mina və 39 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Bildirilib ki, 271.82 ha ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.