Ötən həftə yanan taxta bazarının son vəziyyəti (VİDEO)
ARB TV-nin efirində yayımlanan "Günə Son” verilişində "Dərnəgül” taxta bazarında baş vermiş yanğından sonrakı vəziyyətlə bağlı hadisə yerindən canlı bağlıanti təqdim edilib.
Müxbir: "Yanğın baş verən ərazi böyükdür, gecə olmasına baxmayaraq, təmizləmə işləri hələ də aparılır. FHN əməkdaşları üç gündür ki, 24 saat boyunca ərazidə növbəli iş rejimi aparır. Obyektlərin 99 faizinin sığortası olmadığı bildirilir. Yanğının hansı səbəbdən baş verməsi barədə məlumat yəqin ki, aidiyyatı qurumların araşdırmasından sonra ictimaiyyətə təqdim olunacaq”.- deyə o, bildirib.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər