Ölkə 23:32 02.01.2023

Ötən il işğaldan azad edilmiş ərazilərdə tapılan minaların sayı açıqlandı

ANAMA işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatlar barədə aylıq və illik statistik məlumatları açıqlayıb.

ANAMA-dan verilən məlumata görə, dekabrın 1-dən 30-dək aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 146, tank əleyhinə 405 mina və 1 305 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

2 263.07 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Bunda əlavə, ötən il ərzində (yanvar-dekabr) aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 8 780, tank əleyhinə 4 133 mina və 14 950 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Eyni zamanda, 41 915.77 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.