Sağlamlıq 16:44 04.06.2022

Ötən sutkanın koronavirus statistikası

Azərbaycanda bu gün koronavirus infeksiyasına 13 yeni yoluxma faktı qeydə alınıb, 11 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada COVID-19-dan vəfat edən olmayıb.

Bu gün 2 069 nəfər vaksinasiya olunub.

Gün ərzində birinci doza vaksinlərin sayı 285, ikinci doza vaksinlərin sayı 218 təşkil edib.