Xəbər lenti

Şolts Avropada qazın qiymətinin artmasında Rusiyanı günahlandırdı
Dünya 18:18 09.12.2023

Şolts Avropada qazın qiymətinin artmasında Rusiyanı günahlandırdı

Almaniya kansleri Olaf Şolts enerji qiymətlərinin, o cümlədən qazın kəskin bahalaşmasına görə Rusiyanı günahlandırıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə Almaniyanın "Bild" qəzeti məlumat yayıb.

O, Almaniya Sosial Demokrat Partiyasının qurultayında Moskvanın hərəkətlərini tənqid edib. Kanslerin sözlərinə görə, dünya bazarlarında mövcud vəziyyətdə Avropa ölkələri qaza görə əvvəlkindən 10 dəfə çox pul ödəməlidir.

"Biz başa düşməliyik ki, Avropanı enerji ilə təchiz edən Rusiya olub və öz qərarı ilə qaz tədarükünü dayandıran da Rusiya prezidenti Vladimir Putindor", deyə Şolts bildirib.

Almaniya kansleri qeyd edib ki, Rusiya hakimiyyətinin qərarı nəticəsində qaz kəmərinin özünün bu məqsədlər üçün tam işlək olmasına baxmayaraq, Avropa ölkələrinə qaz nəqli dayandırılıb.

Şolts dəqiqləşdirib ki, nəticədə təkcə Almaniya 120 milyard kubmetr qaz itirib. Vəziyyəti düzəltmək üçün Almaniya hakimiyyəti Norveçdən təbii qaz almalı və yeni LNG terminalları yaratmalı olub.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->