Xəbər lenti

Şolts Baydenin taleyini təkrarlaya bilər -
Dünya 23:37 25.07.2024

Şolts Baydenin taleyini təkrarlaya bilər - "Bild"

"66 yaşlı Olaf Şolts 2025-ci ilin payızında keçiriləcək federal seçkilərdən sonra yenidən Almaniya kansleri seçilmək istəyir. Lakin Co Bayden kimi o, hətta partiya yoldaşları arasında da fəlakətli dərəcədə aşağı reytinqə malikdir". 

Qaynarinfo xəbər verir ki, bunu "Bild"in jurnalisti Florian Kain yazıb.

SPD seçicilərinin yalnız 1/3-i onu yenidən hökumət başçısı kimi görmək istəyir. Kanslerin partiyasını isə almanların cəmi 15%-i dəstəkləyir. Kain deyir ki, Sosial Demokratlar Şoltsu tərk etməyə və onu daha məşhur bir fiqurla əvəz etməyə məcbur edə bilər. Məsələn, Almaniyanın müdafiə naziri Boris Pistorus.

"Əlbəttə, iş o yerə gələ bilər ki, SPD-dəki nüfuzlu qüvvələr Olaf Şoltsa bir daha namizəd olmamaq üçün təzyiq göstərə bilər. Ancaq ABŞ-da olduğu kimi burada da baş versəydi, yenə də tamamilə fərqli siyasi vəziyyət olardı. Söhbət tamam başqa mövqedən gedir: kanslerin prezident səlahiyyəti yoxdur, bizdə həmçinin Almaniyada ikipartiyalı sistem yoxdur. Üstəlik, ABŞ-da iqtisadi, siyasi və mədəni qütbləşmənin səviyyəsi daha ciddidir", deyə Lüneburqdakı Leuphana Universitetinin politologiya üzrə professoru Maykl Koss "Bild"ə bildirib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->